×
A
A
A
Sazlamalar

İƏT-in Baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Bakı, 21 fevral, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.
AZƏRTAC İƏT-in saytına istinadla xəbər verir ki, təşkilatın Baş katibi Hiseyn Brahim Taha Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının 31-ci ildönümü ilə əlaqədar 1992-ci il qətliamında həyatını itirənlərin xatirəsini anıb. Baş katib bir daha vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir. 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommünikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb.

Xocalı faciəsi 2023-02-21 20:13:00