Bosniya və Herseqovinada Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Bakı, 21 fevral, AZƏRTAC
Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə fevralın 23-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində beynəlxalq konfrans keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatı Müşfiq Cəfərov təmsil edəcək.
Konfransda Bosniya və Herseqovinadan olan millət vəkilləri, dövlət rəsmiləri, diplomatik korpusun, QHT və KİV-lərin, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq konfransda bir daha Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.
Tədbirdən sonra Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı surətdə təmir edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunacaq, abidə önünə əklil qoyularaq, faciə qurbanlarının xatirəsi yad ediləcək.
Torpaq sürüşməsi nəticəsində Pakistanda 1 ailənin 12 üzvü həlak olub
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib