×
A
A
A
Sazlamalar

Pandemiya ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2022-ci il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq may-dekabr ayları üzrə təxminən 1.7 milyon manatdan artıq yaxın, qeyri-tibb işçilərinə isə 233 min manata yaxın müddətli əlavə ödənilib.
Tibb və qeyri-tibb tibb işçilərinə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

Aylar

Dövlət tibb müəssisələri üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

May

244 811,58 AZN

(1 163 nəfər)

24 008,55 AZN

(415 nəfər)

268 820,13 AZN

(1 578 nəfər)

İyun

 

 

111 934,58 AZN

(813 nəfər)

15 965,01 AZN

(293 nəfər)

127 899,59 AZN

(1 106 nəfər)

İyul

232 109,62 AZN 

(1 246 nəfər)

34 499,07 AZN

(352 nəfər)

266 608,69 AZN

(1 598 nəfər)

Avqust

428 380,54 AZN 

(1 817 nəfər)

58 819,02 AZN

(461 nəfər)

487 199,56 AZN

(2 278 nəfər)

Sentyabr

301 862,90 AZN 

(1 605 nəfər)

39 254,75 AZN

(420 nəfər)

341 117,65 AZN

(2 025 nəfər)

Oktyabr

167 470,32 AZN

(1 158 nəfər)

23 470,10 AZN

(381 nəfər)

190 940,42 AZN

(1 539 nəfər)

Noyabr

147 884,01 AZN

(985 nəfər)

22 398,78  AZN

(341 nəfər)

170 282,79 AZN

(1 326 nəfər)

Dekabr

99 077,47 AZN

(787 nəfər)

14 361,13  AZN

(242 nəfər)

113 438,60 AZN

(1 029 nəfər)

CƏMİ:

1 733 531,02 AZN

(9 574 nəfər) 

232 776,41 AZN

(2 905 nəfər) 

1 966 307,43 AZN

(12 479 nəfər)

Agentlikdən AZƏRTAC-a bildirilib ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən dekabr ayı üzrə müddətli əlavənin ödənilməsi davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 yanvar tarixli 19 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il martın 1-dək uzadılıb.

Səhiyyə 2023-02-21 17:25:00