Fevralın 21-də Azərbaycanda COVID-19 əleyhinə 456 doza vaksin vurulub
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 456 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 146, ikinci doza vaksinlərin sayı 139, üç və daha çox doza vaksinlərin sayı 148, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 947 min 492, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 764, ikinci mərhələ üzrə 4 milyon 878 min 527, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 669, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 532-dir.
İyunun 1-də Azərbaycanda COVID-19 əleyhinə 55 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb
Azərbaycanda hemofiliyadan əlillik hallarının azalmasına nail olunub
Ailə 15 ildən sonra əkiz övlad sahibi olub
Şəhid və qazi övladları üçün ödənişsiz tibbi aksiya keçirilir