×
A
A
A
Sazlamalar

Diabet və piylənmə xəstəliklərindən əziyyət çəkənlər üçün perspektivli dərman hazırlanır

Bakı, 21 fevral, AZƏRTAC

Alimlərin üzərində araşdırdığı yeni həb piylənmə və diabet kimi problemlərdən əziyyət çəkənlər üçün ümid yaradır. Xüsusilə siçanlar üzərində aparılan sınaqlardan sonra mütəxəssislər dərmanı yazda insanlar üzərində klinik sınaqlara başlamağı planlaşdırır.
AZƏRTAC medimagazin.com.tr-yə istinadla bildirir ki, mədə fermentlərini tutan və həzmi yavaşladan yeni həbin sınaqlardan sonra şəkərli diabet və piylənmənin müalicəsində istifadə edilməsi gözlənilir. Həb bədənin qidaları parçalamaq üçün istifadə etdiyi fermentlərlə eyni ölçüdə minlərlə kiçik məsamələrdən ibarətdir.
Stokholm Universitetinin professoru Tore Bengtsson həb haqqında qeyd edib ki, çəkisi normadan artıq olan siçanlar üzərində aparılan təcrübəyə əsasən, yeməklə birlikdə hissəciklərin qəbulu qida məhsuldarlığının 33 faiz azalması ilə nəticələnir və gəmiricilərin arıqlamasına şərait yaradır. İnsanlarda aparılan kiçik tədqiqatlar da həbin prediabetin idarə olunmasına kömək edə biləcəyini göstərir.

Səhiyyə 2023-02-21 16:20:00