Ümumdünya Səhiyyə Təşkilatı aprelin 7-də 75 illiyini qeyd edəcək
Bakı, 21 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aprelin 7-si – Ümumdünya Sağlamlıq Günündə öz 75 illiyini qeyd edəcək.
AZƏRTAC bu barədə təşkilatın saytına istinadla xəbər verir.
ÜST insanların sağlamlığının möhkəmləndirilməsi, dünyada təhlükəsizliyin dəstəklənməsi və əhalinin həssas qruplarının maraqlarına xidmət etmək məqsədilə, harada olmasına baxmayaraq, sağlamlıq və rifahın ən yüksək səviyyəsinə nail olmaq imkanı əldə etməkdən ötrü ölkələrin kollektiv təşəbbüsü sayəsində 1948-ci ildə yaradılıb.
“ÜST-nin 75 illiyi ictimai səhiyyə sahəsində son 70 il ərzində insanların həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verən nailiyyətləri yada salmaq üçün səbəbdir. Bu, həmçinin səhiyyə sahəsində bu günün və sabahın aktual problemlərinin həlli üzrə fəaliyyətə stimul vermək üçün fürsətdir”, - deyə təşkilatın məlumatında bildirilir.
Ətlə hazırlanan yeməklər rasiondan çıxarılırsa, digər zülallı qidalar qəbul edilməlidir
Beşinci Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirilir
“Sonrakı peşmançılıq” olmasın deyə…
İyunun 8-də Azərbaycanda COVID-19 əleyhinə 62 doza vaksin vurulub
İyunun 8-də Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb