Xocalı soyqırımı Cənubi Koreya mediasında
Pekin, 21 fevral, AZƏRTAC
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Cənubi Koreyanın bir sıra media orqanlarında, o cümlədən “Naewoeilbo” gündəlik qəzetində və “Koreaa Post” nəşrində Koreya və ingilis dillərində məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Xocalı soyqırımının tarixindən, ermənilərin törətdiyi vəhşiliklərdən, bu dəhşətli soyqırımının bir sıra dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasından, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xocalı qurbanlarının da ruhlarının rahatlıq tapmasından bəhs olunur. Bundan başqa, məqalələrdə Azərbaycanın dövlətçiliyinin əsasını təşkil edən ali prinsipləri şübhə altına alanlara, revanşist ideyaları təbliğ edənlərə bundan sonra da layiqli cavab veriləcəyi vurğulanıb, Xocalı soyqırımı daxil olmaqla, Azərbaycan xalqına və dövlətinə qarşı törədilmiş müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların ədalət mühakiməsinə cəlb olunacağı qeyd edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb