Hemodializ müalicəsi zamanı xəstələr müəyyən qaydalara əməl etməlidir
Bakı, 21 fevral, AZƏRTAC
Hemodializ böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi - funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmalar zamanı aparılır.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulması və transplantantın uyğunsuzluğundan sonra yaranır. Hemodializ müalicəsi həftədə 3 dəfə dövri olaraq daimi aparılır. Müalicə hər dəfə 3-4 saat davam etməklə, həftədə 12-15 saat olur. Hemodializ müalicəsini aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur. Hemodializ müalicəsi qəbul edən xəstələrin normal həyat fəaliyyəti üçün hemodializ proqram üzrə aparılmalı və xəstələr müəyyən qaydalara əməl etməlidir.
Eyni zamanda pəhrizə ciddi əməl edilməli, bədən çəkisini nəzarətdə saxlamalı, arterial qan təzyiqinə diqqət etməli, yanaşı gedən xəstəliklərin və ağırlaşmaların vaxtında müalicəsinə çalışılmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı 75 illik yubileyini qeyd edir
TƏBİB ilə “BioPharmax” şirkəti əczaçılıq sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanla Litva səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Yanan nahiyəyə dərhal diş məcunu vurmaq yanlış müdaxilə üsuludur
İmtahan verən şagirdlərin valideynləri gözləntilərini övladlarının potensialına uyğun tutmalıdır