AREA-nın direktor müavini Budapeştdə Enerji üzrə İşçi Qrupunun iclasında çıxış edib
Bakı, 20 fevral, AZƏRTAC
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında iştirak edib.
AREA-dan AZƏRTAC-a bildirilib ki, Aygün Zeynalova “Yaşıl enerjinin ötürülməsi konsepsiyası” adlı təqdimatla çıxış edib, yaşıl enerjinin nəqli yolları, imkanları, gələcəkdə hidrogen ixracı imkanları və digər məsələlər barədə məlumat verib. İclasda, həmçinin Avropa İttifaqı ilə imzalanmış Memorandum çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatına gələcək töhfəsi, yaşıl enerji dəhlizi, Macarıstanın yaşıl enerji üzrə inkişaf planı və enerji səmərəliliyi sahəsində təcrübəsinə dair təqdimatlar edilib və çıxışlar dinlənilib.
Energetika naziri “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək
“Qaradağ” Günəş Elektrik Stansiyasının bu il istifadəyə verilməsi planlaşdırılır
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub
Bərpaolunan enerji mənbələri layihələrinə dair aktual məsələlər müzakirə olunub