×
A
A
A
Sazlamalar

İmişlidə mal-qaranın baş sayında artım qeydə alınıb

İmişli, 20 fevral Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda 2022-ci ildə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin
hesablamalarla 166 milyon 363,7 min manat təşkil edib. Bunun 110 milyon 871,6 min manatı və ya 66,6 faizi heyvandarlıq məhsullarının payına düşüb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 96 min 536 baş, o cümlədən inək və camışların sayı 41 min 76 baş, qoyun və keçilərin sayı 256 min 549 baş olub. 2021-ci ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 663 baş, qoyun və keçilərin sayı isə 1759 baş artıb. İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilə nisbətən 294 baş çoxalıb.
Ötən il diri çəkidə ət istehsalı 13402,4 ton, süd istehsalı 50379,5 ton, yun istehsalı 448,5 ton olub. Əvvəlki illə müqayisədə 8,5 ton ət, 1,6 ton süd, 1,5 ton yun çox istehsal edilib.

Kənd təsərrüfatı 2023-02-20 09:54:34