×
A
A
A
Sazlamalar

Fevralın 19-da Azərbaycanda COVID-19 əleyhinə 172 doza vaksin vurulub

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 172 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində 38 nəfərə birinci doza, 42 nəfərə ikinci doza, 85 nəfərə üçüncü və daha çox doza, 7 nəfərə isə pozitiv nəticədən sonra “buster” doza vaksin vurulub.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 947 min 36, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 618, ikinci mərhələ üzrə 4 milyon 878 min 388, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 521, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 509-dur.

Səhiyyə 2023-02-19 18:24:00