Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb
Bakı, 19 fevral, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 828 min 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 124 nəfər müalicə olunaraq sağalıb, 10 min 103 nəfər vəfat edib. Aktiv xəstə sayı 125 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 764, bu günə qədər isə ümumilikdə 7 milyon 513 min 868 test icra olunub.
İyunun 4-də Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 səbəbindən ölüm halı qeydə alınmayıb
İyunun 3-də Azərbaycanda COVID-19 əleyhinə 68 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb
Bakıda onkologiyaya həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar keçirilib