×
A
A
A
Sazlamalar

Biləsuvarda yol-nəqliyyat hadisəsi: 1 ölü, 7 yaralı

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində 1 nəfərin ölümü və 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş verən qəzada 2 minik avtomobili toqquşub. Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, 2 sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Araşdırma aparılır.

Hadisə 2023-02-19 09:30:00