×
A
A
A
Sazlamalar

Cəlilabadda 20 yaşlı oğlan bıçaqlanıb

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində, cinayət əməlinin 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Hadisə 2023-02-19 08:40:00