×
A
A
A
Sazlamalar

Xırdalanda anasını amansızlıqla öldürməkdə şübhəli bilinən oğul saxlanılıb

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalar nəticəsində, cinayət əməlinin qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Hadisə 2023-02-19 07:35:00