Vahid Hacıyev: Bu ayın sonu Ağalıya daha 20 ailə köçürüləcək
Bakı, 18 fevral, AZƏRTAC
Fevral ayının sonu və martın ilk həftələri Ağalıya iki mərhələdən ibarət köç olacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
İyirmi ailənin köçürüləcəyini qeyd edən V.Hacıyevin sözlərinə görə, növbəti köçlə bağlı hazırlıq işləri görülür.
“Bilirsiniz ki, ötən il Ağalı kəndinə 326 nəfərdən ibarət 66 ailə köçürülüb. Həmin ailələrin üzvləri artıq Ağalı kəndində yaşayırlar və işləyirlər. Hazırda bu proses davam edir", - deyə V.Hacıyev bildirib.
MDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Anım Günü ilə əlaqədar Şirvanda ümumşəhər tədbiri keçirilib
Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd edilib
Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub
Şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılır