×
A
A
A
Sazlamalar

“Azərpoçt” “Dovşan ili” adlı poçt markası dövriyyəyə buraxıb

Bakı, 18 fevral, AZƏRTAC

“Azərpoçt” MMC “Dovşan ili” adlı poçt markası dövriyyəyə buraxılıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, buraxılış 8 markadan və 1 kupondan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

İKT 2023-02-18 13:28:00