Qubadlı-Eyvazlı avtomobil yolunda işlər tamamlanmaq üzrədir
Zəngilan, 18 fevral, AZƏRTAC
Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlanma işləri tamamlanmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda keçirdiyi brifinqdə bildirib.
“Artıq yolun torpaq işlərinin 90 faizi görülüb. Bu yol vasitəsilə Gorus-Sisyan yoluna çıxış əldə edilir. Bu da Şərqi Zəngəzura ikinci çıxış olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək”, - deyə İdarə Heyətinin sədri qeyd edib.
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb
Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb
İmişlidə narkotik tərkibli bitki yetişdirən şəxs tutulub
Şahdağ Milli Parkında dünyaya gələn bala maral müşahidə altında saxlanılır - REPORTAJ