×
A
A
A
Sazlamalar

Respublika Klinik Xəstəxanası və Həkimləri Təkmilləşdirmə İnstitutu arasında memorandum imzalanıb

Bakı, 18 fevral, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Respublika Klinik Xəstəxanasından AZƏRTAC-a verilən məlumata görə, memorandum həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasını, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması, rezidentura və yüksəkixtisaslı tibbi-elmi və elmi-pedaqoji kadrların (doktorantura) Respublika Klinik Xəstəxanasında təcrübə keçmələri, bu sayədə müalicə, konsultasiya yardımının təkmilləşdirilməsinin möhkəmləndirilməsini ehtiva edir.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qarşılıqlı əməkdaşlığın səhiyyənin inkişaf etdirilməsi, xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılması, rezident və doktorantların təcrübə keçmələrinin onların bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi üçün önəmli olduğunu qeyd edib.
Elviz Qasımov tibb işçilərinin təkmilləşdirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinin, həmçinin birgə elmi tədqiqatların aparılmasının vacibliyindən danışıb.

Səhiyyə 2023-02-18 12:53:00