Goranboyda 22 yaşlı oğlan əkin sahəsində ölüb
Goranboy, 18 fevral, Elcan Məmmədov, AZƏRTAC
Goranboyda bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Veysli kəndində əkin sahəsində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Mustafayev Şahin Neymət oğlu əkin sahəsində suvarma işləri aparan zaman qəfil halı pisləşib.
Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, 22 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Ölüm ürək çatışmamazlığından olub.
Sumqayıtda mədəniyyət festivalı – “Ruhumuzun binəsi”
Cəlilabadda polis işçiləri arasında mini-futbol turniri keçirilir
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi FOTO
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin qürurverici səhifəsidir