Yardımlıda muzdla çalışan işçilərin əməkhaqqı 15,6 faiz artıb
Yardımlı, 18 fevral, İlkin Adıyev, AZƏRTAC
Yardımlıda muzdla işləyənlərin 49,2 faizi təhsil sahəsində çalışır.
2023-cü il yanvarın 1-i vəziyyətinə Yardımlı rayonunun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 4252 nəfər olub. Onlardan 3410 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.
Muzdla işləyənlərin 49,2 faizi təhsil, 16,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,6 faizi tikinti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıblar.
2022-ci ilin ilkin məlumatlarına əsasən rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,6 faiz artaraq 550,4 manat olub.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Yan Lidel-Qreynger: Ümidvarıq ki, Ermənistan və Azərbaycan arasında tezliklə sülh sazişi imzalanacaq
AŞPA-nın həmməruzəçisi: Ağdamdakı vəziyyət bizi heyrətləndirdi
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Ağdama səfəri başlayıb