Saleh Məmmədov: Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam etdirilir
Zəngilan, 18 fevral, AZƏRTAC
Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli İşçi Qrupu tərəfindən Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməklə açılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, 2022-ci ilin avqust ayında Laçın şəhərinə daxil olmadan, yeni alternativ avtomobil yolunun tikintisi (32 km, 2-3 hərəkət zolaqlı, 10 kilometr hissə Ermənistan ərazisində özləri tərəfindən tikilməlidir) başa çatıb. Azərbaycan tərəfi yeni tikilmiş yoldan ermənilərin istifadə etmələri məqsədilə sərhəddə Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 kilometr uzunluğunda yeni avtomobil yolu da tikərək istifadəyə verib.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib