×
A
A
A
Sazlamalar

Ötən il tikilən və təmir edilən yolların uzunluğu 803,5 kilometr olub

Zəngilan, 18 fevral, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 803,5 kilometr avtomobil yolları, prospekt və küçələr tikib, yenidən qurub və təmir edib.
AZƏRTAC xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Bildirib ki, 2021-ci ildə isə tikilən və təmir edilən yolların uzunluğu 728,3 kilometr olub.
Ötən il tikilən yolların 243,3 kilometri respublika, 398 kilometri yerli əhəmiyyətlidir. 2022-ci il ərzində Bakı şəhərində isə 171,2 kilometr yol yenidən qurulub.

Regionlar 2023-02-18 11:58:00