×
A
A
A
Sazlamalar

Beyləqanda ümumi məhsul istehsalı 7,5 faiz artıb

Beyləqan, 18 fevral, AZƏRTAC

Ötən il Beyləqan rayonunda ümumi məhsul istehsalının həcmi 343,2 milyon manat təşkil edib. Bu, 2021-ci ilə nisbətən 23,8 milyon manat və ya 7,5 faiz çoxdur. Ümum məhsul buraxılışının adambaşına düşən həcmi 3394,6 manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Beyləqan Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumi məhsul həcminin 262,9 milyon manatı (76,6 faizi) iqtisadiyyatın istehsal, qalan 80,3 milyon manatı (23,4 faizi) isə xidmət sahələrinin payına düşür. Ümum məhsul buraxılışının 160,9 milyon manatı (46,9 faizi) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindən, 69,5 milyon manatı (20,2 faizi) sənayedən, 73,9 milyon manatı (21,5 faizi) ticarət xidməti və nəqliyyat vasitələrinin təmiri sahəsindən, 32,6 milyon manatı (9,5 faizi) tikinti sahəsindən, qalan 6,3 milyon manatı (1,9 faizi) isə nəqliyyat və rabitə xidmətlərindən ibarətdir.

Regionlar 2023-02-18 11:20:00