Qəbələdə evdə kişi meyiti tapılıb
Qəbələ, 18 fevral, AZƏRTAC
Dünən gecə saatlarında 1984-cü il təvəllüdlü Ziya İbrahimovun Qəbələ rayonunun Vəndam qəsəbəsində müvəqqəti kirayə yaşadığı evdə meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Yan Lidel-Qreynger: Ümidvarıq ki, Ermənistan və Azərbaycan arasında tezliklə sülh sazişi imzalanacaq
AŞPA-nın həmməruzəçisi: Ağdamdakı vəziyyət bizi heyrətləndirdi
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Ağdama səfəri başlayıb