Yevlaxda Kür çayının sahili təmizlənib
Yevlax, 17 fevral, AZƏRTAC
“Təmiz Aran” layihəsi çərçivəsində “ASAN Könüllüləri” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənclərinin iştirakı ilə növbəti aksiya Yevlax rayonunda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Yevlax rayon Heydər Əliyev mərkəzində layihə iştirakçıları ilə görüş olub, sonra iştirakçılar Şəhidlər xiyabanını ziyarət ediblər.
Yevlax rayonunda Kür çayının sahilyanı ərazisində və əhalinin sıx olduğu ərazilərdə Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllüləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin gənclərinin iştirakı ilə təmizlik aksiyası keçirilib.
Layihənin əsas məqsədi ətraf mühitin, əhalinin sıx olduğu ərazilərin tullantılardan təmizlənməsi, cəmiyyətimizdə ekoloji məsuliyyətin gücləndirilməsidir.
Qeyd edək ki, “Təmiz Aran” layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.
Ağcabədidə axtarışda olan şəxslər saxlanılıb
Şəkidə hostel və kirayə evlərə tələbat hər gün artır - ARAŞDIRMA
Şəkidə Müstəqillik Gününə həsr olunan futbol turnirinin qalibləri müəyyənləşib