×
A
A
A
Sazlamalar

Astarada əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb

Astara, 17 fevral, İlkin Adıyev, AZƏRTAC

Astarada 2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə real ifadədə 6,0 faiz artaraq 31739,7 min manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
Ödənişli xidmətlərin 10189,9 min manatı və ya 32,1 faizi hüquqi şəxslər tərəfindən, 21549,8 min manatı və ya 67,9 faizi fiziki şəxslər tərəfindən göstərilib. Əhaliyə göstərilən xidmətlərin 29 faizi dövlət mülkiyyətində olan müəssisələrin payına düşür.
İl ərzində əhaliyə 2710 min manatlıq məişət xidmətləri göstərilib. 2022-ci ildə hər bir rayon sakini orta hesabla 284,2 manatlıq və ya ötən illə müqayisədə 39,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Regionlar 2023-02-17 17:02:10