Peter Siyarto: Azərbaycan bizim əsas strateji tərəfdaşımızdır
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşünə, komissiyanın bu gün Budapeştdə keçirilən iclasına dair paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Brüsseldə Azərbaycan təbii qazı olmadan Avropanın enerji təchizatının təhlükəsizliyinin həll edilə bilməyəcəyi aydınlaşandan sonra Azərbaycan Avropada çoxlu yeni dostlar qazanıb. Biz bunu çoxdan deyirik, ona görə də Azərbaycan təkcə bizim köhnə dostumuz deyil, həm də əsas strateji tərəfdaşımızdır. Bu ruhda biz bu gün nazir Sahil Babayevlə danışıqlar masası arxasında otururuq”.
Gədəbəydə “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib
Son 5 ayda DSMF-nin xərcləri 15 faiz çoxalıb
MDB-də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün spartakiadalar keçiriləcək