“Sosial sığorta” və “İşsizlikdən sığorta” haqqında qanunlarda dəyişikliklər təsdiqləndi
Bakı, 17 fevral, AZƏRTAC
Milli Məclisdə “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihələrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsaslarının yaradılması təklif olunub. Təklif olunan dəyişikliklər adıçəkilən fondların investisiya fəaliyyətinin təşkili, onların sərbəst vəsaitlərinin formalaşdırılması və o vəsaitlərdən optimal şəkildə istifadə edilməsi, maliyyə dayanıqlığının artırılması, yarana biləcək risklərin idarə olunması, sosial ödənişlərin davamlılığının təmin edilməsi kimi məqsədlər daşıyır. Fondların sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi nəticəsində bu vəsaitlərin dəyəri qorunub saxlanılacaq və fondlar üçün əlavə gəlir mənbələri yaranacaq.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.
Beynəlxalq konfransda Azərbaycanın əmək bazarının təhlili sahəsində aparılan işlərdən bəhs olunub
AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında görüş keçirilib
Bərdədə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Türkmənistan nümayəndə heyəti “ASAN xidmət”də
Şəhid ailələri və müharibə veteranları ilə bağlı yeni sosial dəstək layihəsinə başlanılır