AAYDA İdarə Heyətinin sədri Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşüb
Bakı, 17 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Qobustan rayonunda vətəndaşlarla görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, görüşdən əvvəl AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov və Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qobustan rayonunun Gənclər Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Görüşdə müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Görüş zamanı hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə əlaqədar şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
Biləsuvarda tədbir: Uşaqlar dünyanın sevincidir
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib