×
A
A
A
Sazlamalar

Yanvarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 479 min müraciət edilib

Bakı, 17 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin ilk ayında 479 min müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə 3,9 min pensiya, 12,3 min müavinət və təqaüd təyinatı, həmçinin 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olanlara birdəfəlik müavinət üzrə daha 140 təyinat e-sistem üzərindən, proaktiv qaydada aparılıb.
Son bir ayda e-qaydada 16,4 min fərdi şəxsi hesab açılıb, nazirliyin fəaliyyət sahələri üzrə 50 minədək e-arayış verilib.

Sosial 2023-02-17 14:37:00