×
A
A
A
Sazlamalar

Ötən il əlilliyi olan 1600 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb

Bakı, 17 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il həmin proqram çərçivəsində 1600 şəxsə kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.
Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunub, onlar kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

 

Sosial 2023-02-17 13:52:00