×
A
A
A
Sazlamalar

Qəbələdə ümumi məhsul istehsalı artıb

Qəbələ, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Qəbələ rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 391 milyon 924,7 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, əvvəlki illə müqayisədə 54 milyon 895,1 min manat və ya 16,3 faiz çoxdur. Məhsul və xidmətlərin 76,7 faizi istehsal, 23,3 faizi isə xidmət sahələrinin payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında rayonda 115,3 milyon manatlıq sənaye, 132,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 52,7 milyon manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 26,3 faiz artıb.
2022-ci ildə rayonda sənaye məhsulu istehsalı 6,2 faiz, tikinti-quraşdırma işlərinin həcmi 19,9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 4,8 faiz, ticarət xidmətinin həcmi 11,5 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi isə 81,3 faiz artıb.

 

Regionlar 2023-02-17 13:24:42