İmişlidə pərakəndə ticarət dövriyyəsinin həcmi 19,4 faiz artıb
İmişli, 17 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə 2022-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 19,4 faiz artaraq 338 milyon 598 min manat olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində hüquqi şəxslərin payı 15,1 faiz, fiziki şəxslərin payı isə 84,9 faiz təşkil edib.
2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə əvvəlki ilə nisbətən 15,2 faiz artaraq 47 milyon 958,3 min manat olub. Əhaliyə göstərilən ödənişli xidmətlərin 15,5 faizini məişət xidmətləri təşkil edib, 7 milyon 430 min manat və ya 20,7 faiz artıb.
İctimai iaşə dövriyyəsi isə 4 milyon 965,9 min manat və ya 37,1 faiz çox olub.
Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Biləsuvar rayonunda arpa biçini həyata keçirilir
Ağdamda “Vətən haqqı - Ana haqqı” kitabının təqdimatı olub
Polislər qanvermə aksiyasında iştirak ediblər
Lənkəranda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib