×
A
A
A
Sazlamalar

Binəqədidə bank hesabından pul oğurlanıb

Bakı, 17 fevral, AZƏRTAC

Binəqədidə bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2023-02-17 12:39:00