Başqasının bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 17 fevral, AZƏRTAC
Bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əliyar Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda tədbir: Uşaqlar dünyanın sevincidir
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib