İstehlaka yararsız qida məhsulları məhv edilib
Bakı, 17 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciət əsasında, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 38,54 ton müxtəlif növ qida məhsulu, “AZ FP CO LTD” MMC-yə məxsus 68 adda 10,275 ton müxtəlif növ süd və süd məhsulu, 5 adda 15,52 ton müxtəlif növ dondurma məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
ABŞ-ın üç ştatına quş qripi ilə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
Yevlaxda istehlak üçün yararsız heyvan cəmdəyi məhv edilib