Macarıstanda mindən çox azərbaycanlı tələbə təhsil alır
Bakı, 17 fevral, AZƏRTAC
Macarıstanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev səfər çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Nazir Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərimizin ölkəmizin inkişafı proseslərində fəal iştirakını qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Azərbaycan vətəndaşlarının dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almasına şərait yaradılması üçün görülən işləri diqqətə çatdırıb.
Azərbaycanla Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq əsasında daim genişləndiyi, təhsil sahəsində də əməkdaşlığın inkişaf etdiyi, hazırda Macarıstanda mindən çox Azərbaycan vətəndaşının təhsil aldığı qeyd edilib.
Gənclərin əmək bazarına və kiçik biznesə çıxışının dəstəklənməsi, əmək bacarıqlarının artırılması üçün ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarından bəhs olunub.
Xarici ölkələrdə təhsilini yüksək səviyyədə başa vuraraq Azərbaycana geri dönən kadrların da ölkəmizdə uğurlu sosial-iqtisadi islahatlar prosesində iştirakının təmin edilməsi sahədə aparılan işlər qeyd olunub.
Görüşdə S.Babayev tələbələri maraqlandıran sualları cavablandırıb.
Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb
“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib
“Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bərdə, Tərtər və Ağdam rayonlarındakı təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb
On iki heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb