Dələduzluq edərək 16 min manatı ələ keçirsə də, polisdən qaça bilmədi
Siyəzən, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Mazan Əzimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Mazan Əzimov dindirilmə zamanı törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, M.Əzimov vətəndaşlara qarşı dələduzluq etməklə ümumilikdə 16 min manat civarında pulu ələ keçirib.
Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Mazan Əzimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidməti zəng mərkəzinə, həmçinin Siyəzən RPŞ-yə müraciət etmələri xahiş olunur.
Şabran sakininin təsərrüfatında ağ camış balası doğulub
Qatardan avtomobil yağları və filtrlər oğurlayan şəxs saxlanılıb
“Azəriqaz”ın növbəti "Açıq mikrofon"u Xaçmazda qurulacaq
Göygöldə ekoloji aksiya: Gəncə çayının sahilləri tullantılardan təmizlənib