TƏBİB: Siyəzəndə baş verən qəza zamanı yaralananlardan 2 nəfərin vəziyyəti ağırdır
Bakı, 17 fevral, AZƏRTAC
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, yaralananlardan hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.
İyunun 3-də Azərbaycanda COVID-19 əleyhinə 68 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb
Bakıda onkologiyaya həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar keçirilib
Xərçəngin qan analizi ilə aşkar edilməsi üzrə yeni metod yaxşı nəticələr verir
İyunun 2-də Azərbaycanda COVID-19 əleyhinə 57 doza vaksin vurulub