Fevralın 16-da Azərbaycanda COVID-19 əleyhinə 243 doza vaksin vurulub
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 243 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 72, ikinci doza vaksinlərin sayı 64, üç və daha çox doza vaksinlərin sayı 95, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 946 min 418, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 446, ikinci mərhələ üzrə 4 milyon 878 min 237, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 280, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 455-dir.
Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb
Günəşin mənfi təsirlərindən qorunmaq üçün yayda dəriyə qulluq vacibdir
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 101 doza vaksin vurulub
Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Serebral iflicin müalicəsində əsas məqsəd uşağın həyat keyfiyyətini mümkün qədər artırmaqdır