ÜST-nin ekspertləri Bakıda bir sıra tibb müəssisələrini ziyarət ediblər
Bakı, 16 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzini və bir sıra tibb müəssisələrini ziyarət ediblər.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Avropa İttifaqının maliyyələşdirdiyi "COVID-19 əleyhinə vaksinasiyaya dəstək" layihəsi çərçivəsində ÜST ekspertlərinin immunizasiya üzrə informasiya sisteminin qiymətləndirilməsi məqsədilə Azərbaycana səfəri davam edir.
BMT-nin Uşaq Fondunun tərəfdaşlığı ilə həyata keçirilən missiya çərçivəsində ekspertlər mövcud sistemlə əyani tanış olmaq üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzini və bir sıra tibb müəssisələrini ziyarət ediblər. Missiyanın başlıca məqsədi ölkədə immunizasiya üzrə informasiya sistemini qiymətləndirərək Azərbaycanın səhiyyə sisteminin rəqəmsallaşdırılmasına dəstək olmaqdır.
İyunun 3-də Azərbaycanda COVID-19 əleyhinə 68 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb
Bakıda onkologiyaya həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar keçirilib
Xərçəngin qan analizi ilə aşkar edilməsi üzrə yeni metod yaxşı nəticələr verir
İyunun 2-də Azərbaycanda COVID-19 əleyhinə 57 doza vaksin vurulub