"Himayədar ailə" qayğı modelinin tətbiqi işlərinə dair iclas olub
Bakı, 16 fevral, AZƏRTAC
Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilməklə mütərəqqi yanaşmalar əsasında dolğun normativ hüquqi baza yaradılır.
Bu barədə qeyd olunan modelin tətbiqinə hazırlıq işlərinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli himayədar ailə institutunun tətbiqi sahəsində aparılan işləri qeyd edib. O, övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə institutunun tətbiqi işlərində də uşaqların maraq və mənafelərinin üstün tutulmasının prioritet təşkil edəcəyini vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahədə idarəçilik və xidmətlərin də elektron sistem üzərində müasir, operativ və şəffaf təşkili diqqətdə saxlanıldığı bildirilib. Himayədar ailə olmaq istəyən ailələrin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması təmin ediləcək.
İclasda müvafiq sahədə normativ hüquqi bazanın yaradılması, himayədar ailə mexanizminin tətbiqi ilə əlaqədar nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin yeni funksional imkanlar əlavə olunmaqla təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Gündəlik qəbul edilən şəkərin miqdarı tənzimlənməlidir
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Anar Əliyev: Əmək bazarına daxil olan şəxsin bilik, bacarıq və kvalifikasiya səviyyəsi önəmlidir
Ülvi Mehdiyev: "ASAN xidmət"in uğurlarının əsasında komanda işi və əməkdaş məmnuniyyəti dayanır
Elm və təhsil naziri: Erkən inkişaf insan resursunun gələcəyidir