×
A
A
A
Sazlamalar

DİN: Axtarışda olduğuna görə ümumilikdə 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 15-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarılan 110 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

Hadisə 2023-02-16 10:33:00