×
A
A
A
Sazlamalar

Yanvarda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 0,49 faiz artıb

Bakı, 16 fevral, AZƏRTAC

Cari ilin yanvar ayı ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 24 min nəfər və ya 0,49 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2023-cü il fevralın 1-nə tarixinə uçota alınmış sığortaolunanların sayı 4,90 milyon nəfər təşkil edib.

Sosial 2023-02-16 10:02:00