Son sutkada Azərbaycanda COVID-19-a 24 yoluxma faktı qeydə alınıb
Bakı, 15 fevral, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 38 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1552, bu günə qədər isə ümumilikdə 7 milyon 509 min 420 test icra olunub.
İyunun 4-də Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 səbəbindən ölüm halı qeydə alınmayıb
İyunun 3-də Azərbaycanda COVID-19 əleyhinə 68 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb
Bakıda onkologiyaya həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar keçirilib