Azexport.az və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə keçirilən görüşdə iştirak ediblər
Bakı, 15 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az və Rəqəmsal Ticarət Qovşağının nümayəndələri EU4Digital təşəbbüsü və Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə keçirilən onlayn görüşdə iştirak ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, E-Ticarət sahəsinin inkişafını sürətləndirmək məqsədilə keçirilən sessiya zamanı Avropa İttifaqında elektron ticarət sahəsində cari tendensiyalar və təcrübələrin nədən ibarət olduğu və Şərqi tərəfdaş ölkələrin iştirakının əhəmiyyəti haqqında məlumat verilib.
Eyni zamanda, fəaliyyət zamanı hansı mərhələlərin əldə ediləcəyi və maraqlı tərəflərin fəaliyyətdə iştirakdan necə faydalana və ona töhfə verə biləcəyi müzakirə olunub.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb