Milli Onkologiya Mərkəzində “3D” mammoqrafiya müayinəsinə start verilib
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Onkologiya Mərkəzində rəqəmsal rentgen mammoqrafiyasının yeni növü olan tomosintez və ya “3D” mammoqrafiya müayinəsinə başlanılıb.
AZƏRTAC Milli Onkologiya Mərkəzinə istinadla bildirir ki, tomosintez süd vəzi patologiyalarının diaqnostikasında ən mühüm nailiyyətlərdən biri sayılır. Tomosintez texnologiyası süd vəzisinin üçölçülü (3D) qat-qat (1 mıllımetr qalınlığında) skanını həyata keçirir.
Cihaz dilimlər arasında verilmiş məsafə ilə ardıcıl tomoqram seriyasını işə salır, rentgen şüaları isə müxtəlif bucaqlarda yerləşərək müayinənin maksimum dəqiqliyini və tamlığını təmin edir. Tomosintez aparatı müayinə prosedurunun xəstə üçün daha rahat və ağrısız həyata keçməsinə şərait yaradır.
Çoxsaylı araşdırmalar göstərir ki, “3D” mammoqrafiya süd vəzi xərçənginin aşkarlanmasını təxminən 25 faiz artırır.
Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb
Günəşin mənfi təsirlərindən qorunmaq üçün yayda dəriyə qulluq vacibdir
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 101 doza vaksin vurulub
Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Serebral iflicin müalicəsində əsas məqsəd uşağın həyat keyfiyyətini mümkün qədər artırmaqdır