×
A
A
A
Sazlamalar

Sumqayıtda mənzildə meyit aşkarlanıb

Bakı, 15 fevral, AZƏRTAC
Sumqayıtda mənzillərin birində meyit aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Hadisə 2023-02-15 09:04:00