Gəncədə toxum mağazalarında karantin tətbiq edilən orqanizm aşkarlanıb
Bakı, 14 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən toxum satışı ilə məşğul olan mağazalarda monitorinqlər həyata keçirilib.
Yoxlama zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 6 mağazada pomidor meyvələrinin qonur qırışıqlıq virusu, pomidor yarpaqlarının sarı qıvrılma virusu və başqa karantin tətbiq edilən bitki virusları aşkarlanıb.
Faktla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, yüksək risk qrupuna daxil olan sirayətlənmiş toxumlar məhv edilib.
Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida sahəsində fəaliyyət göstərən 21 müəssisədə nöqsanlar aşkarlanıb
“Bilim Bakı” mərkəzi bir yaşında
Naxçıvan MR-də də sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanılır
On dörd heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb